Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 14 layihə qalib olub.
Layihələrdən 4-ü məktəb, 10-u isə fərdi kateqoriya üzrədir. Qalib layihələrdən dördü Ağcabədi rayonu üzrə, dördü Bərdə rayonu üzrə, dördü Füzuli rayonu üzrə, ikisi isə Ağdam rayonu üzrədir.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.