Avqustun 1-də Qarabağ Regional Təhsil İdarəsində cari ilin I yarımilinə dair kargüzarlıq xidmətinin fəaliyyəti barədə hesabat tədbiri keçirilib.
Tədbirdə idarə müdiri, rayon təhsil sektorlarının müdirləri və idarənin əməkdaşları iştirak ediblər.
Hesabatda dövr ərzində Qarabağ Regional Təhsil İdarəsi üzrə sənədlərin ümumi göstəricisi, kargüzarlıqda qeydiyyata alınmış sənədlərin statistik məlumatları diqqətə çatdırılıb.
Sonda cari problemlərin aradan qaldırılması ilə bağlı təkliflər dinlənilmiş və işlərin daha da təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb.