Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov pedaqoji işçiləri qəbul edib.
Müraciətlərdən işlə təmin olunma və çalışmanın yaş həddinə çatmış texniki və pedoqoji heyətin əmək müqavilələrinin uzadılması üstünlük təşkil edib.
Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qeyd edək ki, qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.