02.08.2023

Şagird yerdəyişməsinə başlanılır

Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək. Proses  sy.edu.az  elektron sistemi üzərindən həyata keçirilir.

 

Yerdəyişmə  2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.

 

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.

 

Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.


Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq.  İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.
 
İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:


1.    Heydər Əliyev adına lisey;


2.    T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;


3.    132-134 nömrəli təhsil kompleksi;


4.    T.Həsənov adına 23 nömrəli tam orta məktəb;


5.    İlyas Əfəndiyev adına Elitar gimnaziya;


6.    İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;


7.    Zəngi liseyi;


8.    Bakı Avropa liseyi;


9.    “Ankara məktəbi” məktəb-lisey;


10.    Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;


11.    Bülbül adına orta ixtisas musiqi məktəbi.
 


Açar sözlər: ,  ,