07.08.2023

"Qardaşlaşmış Qarabağ məktəbləri" layihəsinin icrasına başlanılıb

Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə İsveçrədə fəaliyyət göstərən "Qarabağ" məktəbində təhsil alan azərbaycanlı şagirdlərlə Qarabağ regionuna aid ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bir araya gətirilməsini nəzərdə tutan "Qardaşlaşmış Qarabağ məktəbləri" layihəsinin icrasına başlanılıb.

 

Layihə çərçivəsində İsveçrədə yaşayan və adıçəkilən məktəbdə təhsil alan 12-14 yaş aralığında azərbaycanlı şagirdlərlə Qarabağ regionuna aid (Şuşa, Ağdam, Laçın, Zəngilan , Cəbrayıl (Cocuqmərcanlı) məktəblərinin ) ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin qarşılıqlı olaraq bir-birlərinin yaşadıqları ölkəyə səyahət edərək yeddi günlük düşərgədə iştirak etmələri nəzərdə tutulmuşdur.

 

Azərbaycançılıq ideologiyasının şagirdlərə aşılanması, yaşadıqları və olduqları yerdən asılı olmayaraq, Vətənə bağlılıq, işğaldan azad edilmiş torpaqların tarixinin öyrənilməsi, həmvətənlər arasında dostluq və qardaşlıq münasibətlərinin yaradılması, yeni nəsil diaspora üzvləri arasında şəbəkənin gücləndirilməsi, həmçinin bilik ve təcrübə mübadiləsinin aparılması baxımından böyük önəm daşıyır.

 

"Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsinin (düşərgə) ikinci hissəsi isə cari ilin 7-13 avqust tarixlərində İsveçrədə keçirilməsi planlaşdırılıb.

 

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq bu düşərgədə Ağdam rayonu 88 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edirlər.

                                                                                                                      


Açar sözlər: ,  ,