05.08.2023

Direktorların işə qəbulu müsabiqəsinin yazı işi üzrə esse mərhələsinin nəticələri açıqlanıb

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin yazı işi üzrə esse mərhələsinin nəticələri açıqlanıb. İmtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Müsabiqə üzrə esse mərhələsində 673 nəfər iştirak edib. 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

 

Qeyd edək ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin qəbulu 7 avqust saat 11:00-da başa çatacaq.


Açar sözlər: