07.08.2023

Kitabxanaçı (kitabxana müdiri) vəzifəsinə işə qəbul üzrə müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Avqustun 7-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri) vəzifəsinə işə qəbul üzrə müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

95 nəfər namizədin iştirak etdiyi imtahan Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbin inzibati binasında təşkil edilib.

 

İdarə müdiri Gündüz Əbdülov və idarənin əməkdaşları imtahan prosesini izləyiblər.


Açar sözlər: