31.08.2023

Bir qrup təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi keçirilib

Avqustun 31-də dövlət ümumi təhsil müəssisələrində çalışan bir qrup təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi keçirilib.

 

Proses Ağcabədi şəhər 11 və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə təşkil edilib.

 

İmtahanın birinci seansı ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,