12.09.2023

600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib

    Respublikamızın müxtəlif ali təhsil müəssisələrinə qəbul olan şəhid ailə üvləri və 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
    Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, rayon təhsil sektorlarının rəhbərləri, AHİK sədrləri, idarənin əməkdaşları, məktəb direktorları, valideynlər və məzunlar iştirak ediblər.

    Tədbir iştirakçıları məzunları təbrik edərək onlara uğurlar arzulayıblar.

    Tədbirin sonunda məzunlara "Fəxri fərman" və müxtəlif hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.


Açar sözlər: ,  ,  ,