15.09.2023

Azadqaraqoyunlu kənd tam orta məktəbin açılışı olub

Tərtər şəhər Şükür Rəhimov adına Azadqaraqoyunlu kənd tam orta məktəbin açılışı olub.

 

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, millət vəkili Sahib Alıyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı, Müstəqim Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev, Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, rayon ictimaiyyətinin nümayəndələri, Şəhid ailələri, qazilər iştirak edib.

 

Məktəb müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə siqnalzasiya sistemi ilə təchiz edilib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb.

 

Bundan əlavə həyətyanı sahəsində ehtiyat su anbarı, qazanxana tikilib, müasir işiqlandırma sistemi qurulub, asfalt örtük və yaşıllıq zolağı salınıb.

 

Məktəb 320 şagird yerlikdir və şagirdlərin təlim-tərbiyəsi ilə 33 nəfər pedaqoji heyət məşğul olur.


Açar sözlər: ,