15.09.2023

Poladlı kənd tam orta məktəbi üçün inşa olunmuş tədris binasının açılış mərasimi keçirilib

Sentyabrın 15-də Ağcabədi rayon Poladlı kənd tam orta məktəbi üçün inşa olunmuş tədris binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədris ocağında yaradılmış şəraitlə tanış olan qonaqlara bildirilib ki, ikimərtəbəli məktəb 300 şagird yerlikdir. Məktəbdə 34 müəllim və 16 texniki işçi fəaliyyət göstərəcək.


Açar sözlər: ,