15.09.2023

Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbin yeni tikilmiş binasının açılış mərasimi keçirilib.

Sentyabrın 15-də Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbin yeni tikilmiş binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, millət vəkili Sahib Alıyev, Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və digər qonaqlar iştirak ediblər.

 

Qeyd edilib ki, yeni məktəb binası müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemi ilə təchiz edilib və mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. Məktəbin həyətyanı sahəsində ehtiyat su anbarı, qazanxana tikilib, həmçinin müasir işıqlandırma sistemi qurulub.

 

Məktəb binası 3 korpus, iki mərtəbədən ibarətdir. Tədris ocağında 15 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, həmçinin informatika, çağırışaqədərki hazırlıq, texnologiya, məktəbəhazırlıq otaqları, idman və akt zalları, yeməkxana fəaliyyət göstərir.

 

Məktəb 360 şagird yerlikdir və onların təlim-tərbiyəsi ilə 36 müəllim məşğul olacaq.


Açar sözlər: ,