15.09.2023

Tərtər rayon Talış kənd tam orta məktəbinə baş çəkilib

Sentyabrın 15-i Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin məsləhətçisi Seymur Məmmədov, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Talış kəndinin icra nümayəndəsi Elməddin Abbasov “Bilik Günü” münasibətilə Tərtər rayon Talış kənd tam orta məktəbinə baş çəkərək müəllim və şagird kollektivin təbrik edib, onlara dərslərində uğurlar diləyiblər.


Açar sözlər: ,