Sentyabrın 15-də Ağdam rayonu R.Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin yeni tədris binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsi Ağdam rayonu üzrə təhsil sektorunun müdiri Tahir Abbasov və digər qonaqlar iştirak ediblər.
Məktəbdə yaradılmış şəraitlə tanış olan tədbir iştirakçılarına məlumat verilib ki, Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbinin tədris binası iki mərtəbədən ibarətdir. Məktəbdə sinif otaqları ilə yanaşı, laboratoriyalar, texnologiya və çağırışaqədərki hazırlıq kabinetləri, akt və idman zalları, kitabxana, yeməkxana, tibb otağı mövcuddur.
Məktəb 320 şagird yerlikdir. Tədris ocağında 33 müəllim və 14 texniki işçi fəaliyyət göstərəcək.