“Mücrü” nəşriyyatının təşkil etdiyi Gənclər arasında keçirilən hekayə müsabiqəsinin yekun nəticələri açıqlanıb.
Müsabiqədə məktəblilər, tələbələr və gənc yazarlar iştirak edib. Müsabiqənin Təşkilat Komitəsinin verdiyi məlumatı görə münsiflər heyəti müsabiqəyə buraxılmış 214 hekayə arasından seçim ediblər.
Qeyd edək ki, mövzu məhdudiyyəti olmayan müsabiqəyə əsərlər Azərbaycan və rus dillərindən qəbul edilmişdir və qiymətləndirmə mümkün 15 bal üzərindən olmaqla nəzərə alınıb.
Qaliblər arasında Ağdam şəhər 91 nömrəli tam orta məktəbin direktoru Nemət Tahir də var. O, 10 bal toplayaraq V yerə layiq görülüb.