27.09.2023

27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib

Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, idarənin əməkdaşları, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

 

Tədbir iştirakçıları ilk öncə 27-28 oktyabr 2020- ci il tarixdə Ermənistanın Bərdə rayonuna “Smerc” tipli raketlərdən zərbə endirməsi nəticəsində şəhid olmuş vətəndaşların xatirəsinə həsr edilmiş "Xatirə lövhəsi”nin önünə gül dəstələri düzərək Bərdə terroru nəticəsində həlak olmuş mülki şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra tədbir iştirakçıları Bərdə şəhərində şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri qoyublar.

 

Sonra məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər, kompozisiyalar səsləndirilib.

 

Tədbirin sonunda xalqımıza Zəfər sevincini yaşadan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Açar sözlər: