28.09.2023

22 oktyabr tarixində qəhrəmancasına şəhid olmuş Xudayar Müslüm oğlu Yusifzadənin ailəsini ziyarət ediblər

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov və idarənin əməkdaşları, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmiş və Cəbrayıl şəhərinin alınması istiqamətində gedən döyüşlərdə 08 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuş Devran Fazil oğlu Naibovun və Zəngilan rayonun Ağbənd qəsəbəsinin alınması istiqamətində gedən döyüşlərdə 22 oktyabr tarixində qəhrəmancasına şəhid olmuş Xudayar Müslüm oğlu Yusifzadənin ailəsini ziyarət ediblər.

 

Ziyarət zamanı şəhidlərimizin döyüş yolu və qəhrəmanlığı haqqında danışılıb.

 

Xatırladaq ki, Devran Naibov şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə","Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilmişdir.

 

Xudayar Yusifzadə şəhid olduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən"Vətən uğrunda","Zəngilanın azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edirik!


Açar sözlər: