05.10.2023

Bir qrup müəllim vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiklərinə görə Qarabağ Regional Təhsil İdarəsinin müdiri tərəfindən "Fəxri Fərman"la təltif ediliblər

5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə Şuşa rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin bir qrup müəllimi vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiklərinə görə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov tərəfindən "Fəxri Fərman"la təltif edilib.

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şuşa rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa rayonu üzrə təhsil sektorunun müdiri Rəsmiyyə Məmmədova və bir qrup müəllimlər iştirak edib.


Açar sözlər: ,  ,  ,