05.10.2023

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətiylə tədbir keçirilib

Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Qarabağ Regional təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, İdarə müdirinin müavini, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının müavini, İdarənin sektor müdirləri, ATİAHİ –nın Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları üzrə komitə sədrləri, Müəllimlərin İşə Qəbulu müsabiqəsindən uğurla keçib bu il müəllim adına layiq görülmüş bir sıra gənc müəllimlər, Əməkdar müəllimlər və digər təhsil işçiləri iştrak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

 

Ağcabədi rayonu Mədəniyyət evinin akt zalında keçirilən tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

 

Tədbirdə çıxış edən İdarə müdiri Vətən müharibəsindən sonra işğaldan azad edilmiş şəhərlərimizdə yeni istifadəyə verilmiş məkətəblərdə keyfiyyətli tədrisin təşkili üçün qarşıya qoyulmuş məqsədlərdən və öhdəliklərdən bəhs etmiş, yeni təyin olunmuş gənc müəllimlərə yuxarı rəhbərliyin tapşırıq və tövsiyyələrini çatdırıblar.

 

Çıxış edən müəllim heyəti onlara göstərilən qayğı və dəstəyə görə təşəkkürlərini bildiriblər.

 

Tədbirin sonunda təhsildə fərqlənən bir qrup təhsil işçisi İdarə müdiri tərəfindən Fəxri Fərmanla təltif edilib.


Açar sözlər: ,  ,  ,