23.10.2023

Bu gün şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır

Bu gün saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

 

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu  siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

 

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az)  vasitəsilə aparılacaq.


Açar sözlər: ,  ,