24.10.2023

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək

Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.

 

27-28 oktyabr tarixlərində müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək.

 

Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 


Açar sözlər: ,