Ağcabədi rayonunun ümumi təhsil məktəblərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağcabədi rayon Polis Şöbəsinin və Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşlarının iştirakı ilə narkomaniya, dini ekstremizm, radikal-dini təriqətlərin çağırışlarına qarşı mübarizə, erkən evliliyin fəsadları, azyaşlıların əməyinin istismarı və onların hüquqlarının müdafiəsi mövzularında silsilə tədbirlər davam etdirilir.
Növbəti tədbir Ağcəbədi rayon Ağcabədi rayon X.Həsənov adına Hindarx qəsəbə 2 nömrəli ümumi orta, Q.Əliyev adına Hindarx qəsəbə 3 nömrəli ümumi orta və Etibar İsmayılov adına Hindarx qəsəbə 1 nömrəli tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilib.