Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində Könüllü Xidmət Mərkəzi fəaliyyətə başlayır.
Təhsil müəssisələrində inzibati və tədris fəaliyyətinin mövcud normativ qaydalara uyğun təşkil edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, ümumi təhsil müəssisələrində təlim nailiyyətinin artırılması, təhsil müəssisələrində əlverişli təlim mühitinin yaradılması, tədrisin təşkilinin müasir metodiki və pedaqoji qaydalar əsasında təşkil edilməsi, məktəb kargüzarlığının aparılmasında keyfiyyətin yüksəldilməsi məqsədilə Könüllü Xidmət Mərkəzi fəaliyyətə başlayır.
Mərkəzdə könüllü fəaliyyətə hazırda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında çalışan, ali təhsilli, təhsilverənlərin diaqnostik qiymətləndirilməsi və ya MİQ imtahanlarında 70 faiz və daha yüksək nəticə əldə etmiş, 3 ildən az olmayaraq pedaqoji staja malik olan, 50 yaşadək təhsilverənlər (metodist, UBTR və praktik psixoloq vəzifələrində çalışanlar daxil olmaqla) müraciət edə bilər.
“Könüllü Xidmət Mərkəzi”ndə fəaliyyət göstərmək üçün müraciət etmiş təhsilverənlərin müvafiq məlumatları İdarə tərəfindən yaradılmış komissiya tərəfindən təhlil edildikdən sonra uyğun namizədlər seçilərək təlimlərə cəlb olunacaqlar. Təlimlər ilkin olaraq Bərdə şəhərində təşkil ediləcəkdir. Təlimləri uğurla tamamlamış namizədlər ictimai əsaslarla “Könüllü Xidmət Mərkəzi”də fəaliyyətə cəlb olunacaqlar. Öz fəliyyətində fərqlənən “Könüllü Xidmət Mərkəzi”nin üzvlərinin gələcək karyera inkişafına İdarə tərəfindən zəruri dəstək göstəriləcəkdir.
Müraciət etmək istəyən şəxslər 29 oktyabr saat 18:00-dək aşağıda göstərilən linkə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər: