31.10.2023

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi yekunlaşıb.

Oktyabrın 31-də Qarabağ Regional Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi yekunlaşıb.

Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar təqdim edilib.

Müsahibə mərhələsində ümumilikdə 3 namizəd iştirak edib.

Müsahibə nəticələrinin təhlili prosesi aparıldıqdan sonra yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.

 


Açar sözlər: