Ağdam rayonu 71 nömrəli tam orta məktəbin direktoru Vasif Eyvazovun və "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə noyabrın 1-də məktəbin V-IX sinif şagirdləri Bakı şəhərində fəaliyyət göstərən "Yarat" Müasir İncəsənət mərkəzinin İçərişəhərdə yerləşən "Artım" Layihə Məkanında ekskursiyada olublar.
Burada nümayiş olunan gənc rəssamların əsərləri ilə , müasir texnologiya vasitəsi ilə incəsənətə fərqli yanaşma nümunələri ilə tanış olub və məkanda keçirilən intellektual oyunlarda iştirak ediblər.
Daha sonra şagirdlər həmçinin Miniatür kitab muzeyində ekskursiya edib burada nümayiş etdirilən müxtəlif kitabların miniatür nümunələri ilə tanış olublar.
Təşkilatçılığa görə 71 nömrəli tam orta məktəbin kollektivi və şagirdlər adından "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinə - şəxsən Aygün Zamanlıya , Miniatür kitab muzeyinin və Yarat Müasir İncəsənət Mərkəzinin rəhbərliklərinə və kollektivlərinə təşəkkürümüzü bildiririk.