Füzuli rayon 56 nömrəli tam orta məktəbin kollektivi Şəhid Səbuhi Sadıqovun şəhadətə yüksəlməsinin 3-cü ildönümü ilə əlaqədar anım tədbirində iştirak ediblər.
Qeyd edək ki, Səbuhi Sadıqov 28 sentyabr 2020-ci ildə Vətən müharibəsində könüllü olaraq Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı kimi 37 gün xidmət edib. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Laçında qəhrəmancasına şəhid olub.
Səbuhi Sadıqov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.