20.11.2023

"Ağdam şəhər günü" qeyd edilib

Ağdam rayon 68 nömrəli tam orta məktəbinin təşkilatçılığı ilə "Ağdam şəhər günü" qeyd edilib.

 

Tədbirdə ATİAHİ Ağdam Rayon Komitəsinin sədri Xalidə Həsənova, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova, Əməkdar müəllim Tünzalə Vəliməmmədova, Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam rayon nümayəndəsi Səyyarə Məmmədova, qazilər, şəhid ailə üzvləri, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Sədaqət Həsənova açaraq bildirib, 1993-cü il iyulun 23-də böyük qüvvə ilə hücuma keçən düşmən Ağdam şəhərini və rayonun ərazisinin xeyli hissəsini - 846,7 km²-ni, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etmişdi. Birinci Qarabağ müharibəsi dövründə ən çox şəhid verən rayon məhz Ağdam rayonu olub. Ağdamlıların müharibədə göstərdikləri qəhrəmanlıq və şücaətləri ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib. Bu gün Ağdamda yeni dövr – dirçəliş, inkişaf dövrü başlayıb. Artıq Ağdam azaddır və Ağdam yenidən bərpa ediləcək və tək Azərbaycanın deyil, dünyanın ən gözəl, çiçəklənən bölgələrindən birinə çevriləcək.

 

Tədbirdə çıxış edən qonaqlar bildiriblər Ağdam rayonunda tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan, sürətlə davam etdirilir. Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri Prezident İlham Əlyevin böyük qayıdışıla bağlı xalqımızın 30 illik arzularının gerçəkləşdirilməsinin göstəricisidir.

 

Tədbir şagirdlərin hazırladığı səhnəciklər, şeirlər və rəgarəng musiqi nömrələri ilə davam edib.


Açar sözlər: ,