Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektoru və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Milli Dirçəliş Günü”nə həsr olunmuş məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon turniri keçirilib.
M.F.Axundov adına şəhər 3 nömrəli məktəb-liseyin idman zalında baş tutan turnir 7 komandanın iştirakı ilə gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilib.
Yekun nəticələrinə əsasən M.Əsədov adına şəhər 5 nömrəli tam orta məktəbin komandası I yerə, C.İbarhimov adına şəhər 8 nömrəli tam orta məktəbin komandası II yerə, Ş.Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Müvafiq olaraq I,II və III yerləri tutan komandalara Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.