Ağdam rayon təhsil sektorunun və Ağdam rayon 30 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə İsmayıllı rayonunda "Ağdam şəhər günü" qeyd edilib.
Tədbirdə İsmayıllı RİH müavini Eyyub Musayev, İsmayıllı təhsil sektorunun müdiri Rahim Baxışov, Ağdam təhsil sektorunun məsləhətçisi Sevinc Bayramova, şəhər nümayəndələri, qazilər, şəhid anaları, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları İsmayıllı rayon Şəhidlər Xiyabanını ziyarət edib, sonra Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzüblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sədi Nəzərov Ağdam rayonu haqqında geniş məlumat verib. Tədbirdə çıxış edən qonaqlar Ağdam rayonunda tarixi Zəfərdən sonra bərpa işlərinin dayanmadan, sürətlə davam etməsindən söz açıblar. Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri cənab Prezident İlham Əlyevin daim diqqət mərkəzindədir.
Tədbir Ağdam rayon müsiqi məktəbinin xanəndələrinin ifasında musiqi nömrələri, şeirlər və rəgarəng musiqi nömrələri ilə davam edib.