"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Bərdə rayon prokurorluğunun prokuror köməkçisi Seymur Musayev, idarənin əməkdaşı Aypara Məmmədova və Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəb direktorları, direktor müavinləri və pedaqoji heyət iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planından irəli gələn vəzifələrlə bağlı "Korrupsiyaya qarşı mübarizə" mövzusunda keçirilən tədbirdə təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması işlərinin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi haqqında, həmçinin müvafiq qurumlar tərəfindən işçilərdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə sahəvi korrupsiya riskləri, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi barədə ətraflı çıxışlar edilib və müzakirələr aparılıb.