22.11.2023

Növbəti vətəndaş qəbulu keçirilib

Noyabrın 22-də Qarabağ Regional Təhsil İdarəsində növbəti vətəndaş qəbulu keçirilib.

 

Qəbul zamanı idarə müdiri vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Vətəndaş qəbulu zamanı, əsasən işə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib.

 

Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib. Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.

 

Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsində və rayon təhsil sektorlarında vətəndaşlarla görüşlər qəbul qrafikinə uyğun olaraq davamlı şəkildə keçirilir.


Açar sözlər: