Təhsil müəssisələrində tibbi profilaktik işlər aparılır.
Profilaktik tədbirlər çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi profilaktik işlərinin aparılması davam etdirilir.
Qızılca xəstəliyinin artması ilə əlaqədar olaraq Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə daxil olan zaman şagirdlərin hərarəti ölçülür, spirt tərkibli məhlul ilə əllər dezinfeksiya olunduqdan sonra şagirdlər sinif otaqlarına yönləndirilir, müəyyən izolyasiya qaydaları tətbiq olunur.
Qeyd edək ki, infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.