02.12.2023

Dezinfeksiya işləri aparılır

Təhsil müəssisələrində dezinfeksiya işləri aparılır.

 

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində dezinfeksiya işləri aparılıb.

 

Həyata keçirilən dezinfeksiya işləri ümumi təhsil müəssisələrinin əsasən, tədris otaqları, dəhliz və sanitar qovşaqlarında aparılıb.

 

Ümumilikdə, Qarabağ Regional Təhsil İdarəsinin əhatə etdiyi bölgələr üzrə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri təyin olunmuş qrafikə uyğun olaraq dezinfeksiya olunur.

 

Qeyd edək ki, infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib.


Açar sözlər: