22.12.2023

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Ağdam rayonunda olub

Dekabrın 22-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Ağdam rayonunda olub.

 

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 

Sonra Həsən Həsənli Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Bərdə, Ağdam, Ağcabədi və regionun digər rayonlarının sakinləri iştirak ediblər.

Vətəndaşların müraciətləri əsasən işə qəbul, işlə təmin olunma, ümumi təhsil və digər məsələlərlə bağlı olub.

 

Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.


Açar sözlər: