İsmayıllı rayonunda Ağdam rayon 30 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində "31 Dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü" qeyd edilib.
Tədbirdə İsmayıllı RİH müavini Eyyub Musayev, Ağdam RİH- nin müavini Xəqani Nəzərov, İsmayıllı şəhər nümayəndəliyi Əlişir Süleymanov, İsmayıllı və Qəbələ rayonlarının Qaçqın və məcburi köçkünlər üzrə sektor müdiri Tahir Əliyev, Ağdam təhsil sektorunun məsləhətçisi Sevinc Bayramova, Şuşa rayon 15 nömrəli məktəbin direktoru Nizami Şahvələdov, şəhid ailləri, qazilər, valideynlər, ictimaiyyət nümayəndələri, İsmayıllı rayon məktəbliləri, müəllim və şagirdlər iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları İsmayıllı rayon Şəhidlər Xiyabanını ziyarət edib, sonra Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzüblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədi Nəzərov qonaqları salamlayıb.Tədbirdə çıxış edən Ağdam RİH-nin müavini Xəqani Nəzərov ilk öncə Ağdam RİH-nin başçısı cənab Vaqif Həsənovun bayram təbriklərini çatdırıb. Sonra Ağdam rayonunda gedən yenidənqurma işlərindən danışaraq bildirib ki, Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri cənab Prezident İlham Əlyevin daim diqqət mərkəzindədir. Doğma yurdumuzda görüşmək diləyilə bayram təbriklərini çatdırıb.
Tədbir respublikanın əməkdar artisti, xanəndə Firuz Səxavətin, BMM-in solisti Elgiz Əliyevin, Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi məktəbi və Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 nömrəli uşaq-müsiqi məktəblərinin xanəndələrinin ifasında musiqi nömrələri, İsmayıllı rayon məktəblilərinin rəqs nömrələri, şerlər və rəgarəng ifalarla davam edib.