09.01.2024

  Eksternat imtahanlarının vaxtı bəlli olub

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində eksternat qaydasında aralıq imtahanları 14 yanvar 2024-cü il tarixində saat 10:00-da aşağıda göstərilən mərkəzlərdə təşkil olunacaq.

 

1. Füzuli rayonu, 48 nömrəli tam orta məktəb- Bakı şəhəri Dərnəgül qəsəbəsi, Ə.Nəvai küçəsi 8

Qeyd: Yuxarıda qeyd olunan ünvanda  Bakı və Abşeronda yaşayan Ağdam, Füzuli, Xocalı və Xocavənd, Şuşa məktəblərində təhsil alan vətəndaşlar iştirak edəcək;

 

2. Ağcabədi şəhər, M.F.Axundov adına 3 saylı məktəb-lisey, F.Əlizadə küçəsi №1;

 

3. Ağdam rayonu, Quzanlı yeni qəsəbə 689, 18 nömrəli tam orta məktəb;

 

4. Bərdə şəhəri, E. Kərimov  adına 4 nömrəli tam orta məktəb;

 

5. Füzuli rayonu, Bala Bəhmənli kəndi, Bala Bəhməni kənd  tam orta məktəbi;

 

6. Tərtər rayonu R.Nuriyev adına 6 nömrəli tam orta məktəb, Nizami küçəsi.

 

  İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

 

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.