Yanvarın 19-da Qarabağ Regional Təhsil İdarəsində növbəti vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində rəhbərlik tərəfindən müvafiq tapşırıqlar verilib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib. Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.
Onu da qeyd edək ki, müraciətlər işə qəbulla bağlı, əmək müqaviləsi müddətinin uzadılması, yerdəyişmə ilə bağlı üstünlük təşkil edib.