29.01.2024

Ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə idarənin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, müvafiq sektor müdirləri və idarənin əməkdaşları iştirak edib.

 

Görüş zamanı 2023-2024-cü tədris ilinin birinci yarımili ərzində idarə tərəfindən keçirilmiş monitorinqlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb, qarşıda duran hədəflərə nail olmaq üçün zəruri tövsiyələr verilib.


Açar sözlər: