31.01.2024

Müsahibə mərhələsinə qeydiyyat prosesinin müddəti uzadılıb

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin 21.01.2024-cü il tarixində elan edilmiş müsahibə mərhələsinə qeydiyyat prosesinin müddəti uzadılb.

 

Vakansiya seçimində yalnız qeydiyyatdan keçməyən və müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 04.02.2024 23:59-dək müraciət edə bilərlər.

 

Nəzərinizə çatdırırıq ki, vakansiya seçimi mərhələsi başa çatdıqdan sonra müsahibə mərhələsi zamanı aşağıdakılar nəzərə alınacaqdır.

 

• Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında seçim etdiyi yer üzrə ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir.

 

Bu namizəd müsahibədə uğur qazanmadığı təqdirdə müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

 

• Yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan müsabiqə balı azala bilər, lakin bu 24 baldan az ola bilməz.

 

• Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 il üçün keçərlidir.)

 

• 16 noyabr 2023-cü il tarixində müsabiqədə (test mərhələsində) iştirak etmiş və minimum 24 bal nəticə göstərmiş şəxslər aşağıda qeyd edilmiş linkə daxil olaraq vakansiya seçərək müsahibə mərhələsində iştrak etmək üçün qeydiyyatdan keçə bilərlər.

 

• Namizədlər yalnız bir vakant yer seçə bilər.

 

Qeydiyyat üçün aşağıda göstərilən linkə keçid etməyiniz xahiş olunur:

 

https://forms.gle/J7z2HA2YptZwL881A

 

Qeyd: Qeydiyyatdan keçən zaman məlumatlarınızı doğru qeyd etməyiniz xahiş olunur.