Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan sertifikasiya imtahanında uğur qazanmayan müəllimlərin təlim ehtiyaclarının öyrənilməsi məqsədilə görüş keçirilib.
Görüşdə idarənin müdir səlahiyyətlərini icra edən Anar Məcidov, sektor müdirləri və idarənin digər əməkdaşları iştirak ediblər.
Görüş zamanı müəllimləri maraqlandıran suallar cavablandırılıb və növbəti imtahanda iştirakları üçün təlim ehtiyacları müəyyənləşdirilib.