16.02.2024

Ağacəkmə aksiyası təşkil edilib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

 

Sərəncamın icrasının təmin edilməsi məqsədi ilə 09 fevral 2024-cü il tarixində Ağcabədi rayon Təzəkənd kənd Vaqif Cəfərov adına tam orta məktəbin direktoru Fatma Məmmədovanın təşəbbüsü, məktəb kollektivinin, şagirdlərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib.

 

Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkmək, ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etməkdən ibarətdir.


Açar sözlər: ,  ,  ,