Bərdə şəhər Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbinin peşə təmayüllü siniflərinin şagirdləri Novruz bayramına hazırlıq məqsədi ilə praktiki dərs keçib və yaz fəslinin atributları olan müxtəlif əl işləri hazırlayıblar.
Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək.