01.03.2024

Təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Qarabağ Regional Təhsil İdarəsinin Füzuli və Xocavənd rayonları üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə idarənin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, müvafiq sektor müdirləri, Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayonlar üzrə sədrləri iştirak edib.

 

Görüş zamanı 2023-2024-cü tədris ili ərzində idarə tərəfindən keçirilmiş monitorinqlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb, qarşıda duran hədəflərə nail olmaq üçün zəruri tövsiyələr verilib.

 

Son dövrlərdə müəssisələrdə baş verən xoşagəlməz hadisələrlə bağlı şagirdlərə nəzarətin daha da gücləndirilməsi istiqamətində tapşırıq verilib.


Açar sözlər: