Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışmanın yaş həddinə çataraq əmək müqaviləsinə xitam verilmiş pedaqoji heyətin qadın üzvləri dəvət edilərək 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bərdə rayonu komitəsinin təşkilatı dəstəyi ilə idarə tərəfindən keçirilən tədbirdə cəmiyyətin inkişafında qadın müəllimlərin rolundan danışılıb. Dəvət olunanların şəxsində bütün qadınlara təbrik ünvanlanıb.
Tədbirin sonunda qonaqlara müxtəlif hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.