Məktəb kargüzarlığının icra vəziyyəti, infrastruktur, maddi-texniki təminat, tədrisin təşkili, iş fəaliyyətinə müsbət və mənfi təsir göstərən amillərin müəyyən edilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun təhsillə əhatə olunması, məktəbəqədər və ümumi təhsildə səmərəlilik, həmçinin keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə son bir ildə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 87 (səksən yeddi) təhsil müəssisəsində monitorinq aparılmışdır.
Yoxlama zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar səbəbindən qanunvericiliklə müəyyən edilmiş qaydada 49 təhsil müəssisəsinin rəhbərinə töhmət, 11 təhsil müəssisəsinin rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, 13 müəssisə rəhbərinə xəbərdarlıq edilmiş, 2 nəfər şəxs barəsində yoxlama materialları hüquq-mühafizə orqanlarına təqdim edilmiş və əmək müqavilələrinə xitam verilmişdir.
Hazırda monitorinqlər planlı və ardıcıl şəkildə davam etdirilir.