12.03.2024

Qarabağ Regional Təhsil İdarəsinin rəsmi açıqlaması

İdarənin müvafiq əmrinə əsasən təhsil müəssisələrində monitorinq aparılmışdır.

 

Aparılmış monitorinq zamanı məlum olmuşdur ki, Ağcabədi rayonu üzrə təhsil sektorunun 4 nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmamışdır. Nəticə etibarilə təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edilməmiş, bir sıra neqativ hallara yol verilmişdir.

 

Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilmişdir.

 

Hazırda monitorinqlər planlı və ardıcıl şəkildə davam etdirilir.


Açar sözlər: