Tərtər rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.
Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
Müsabiqənin rayon mərhələsində 40 nəfər şagird iştirak edib.