04.04.2024

Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin kollektivi onlayn görüşdə bir araya gəliblər

ADA Məktəbi, Daşkənddə yerləşən Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti nəzdində fəaliyyət göstərən akademik lisey, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin kollektivi onlayn görüşdə bir araya gəliblər.

 

Hər iki məktəbin şagirdləri həm Azərbaycanda, həm də Özbəkistanda qeyd olunan bahar bayramı Novruzun zəngin adət-ənənələri, rəmzləri və tarixindən danışıblar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə 2023-cü ildə açılışı olan məktəb 30 ildən sonra ilk dəfə işğaldan azad edilmiş Füzulidə xüsusi Novruz şənliklərinin keçirilməsinə şahidlik edib.


Açar sözlər: