18.04.2024

"Ailə dəyərləri və ənənələri " mövzusunda tədbir keçirilib

Tərtər şəhər İsmayıl Məmmədov adına 2 nömrəli məktəb-liseydə "Ailə dəyərləri və ənənələri " mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin və Qadın Resurs Mərkəzinin əməkdaşları, məktəbin müəllim, şagirdləri iştirak ediblər.

 

Tədbir iştirakçıları “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu”, “Azərbaycan dövlətinin ailə siyasəti” mövzularının yer aldığı təqdimatla çıxış ediblər.

 

Şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

 


Açar sözlər: ,  ,