24.04.2024

“Şahin” hərbi-idman oyunları üzrə zona birinciliyi keçirilib

Aprelin 24-də keçirilən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq Tərtər Olimpiya Kompleksində  “Şahin” hərbi-idman oyunları üzrə zona birinciliyi keçirilib.

 

Zona birinciliyi yarışında Tərtər, Ağdam, Şuşa, Füzuli, Xocavənd, Ağcabədi, Bərdə rayonlarının, komandaları iştirak ediblər.

 

"Şahin" hərbi-idman oyunun zona birinciliyi yarışında gərgin mübarizədən sonra Ağdam komandası I yer tutaraq finala vəsiqə qazanıb, Il yerə Şuşa rayonu, lll yerə isə Bərdə rayonu layiq görülmüşdür.

 

Qalib komandalar respublika birinciliyi üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.


Açar sözlər: ,